“Barselona” klubu Braziliyada son günlər Neymarla müqayisə olunan Gabriel Barbosa Almeidanın klubu ilə razılaşıb.
Newsport.az saytının məlumatına görə, Kataloniya təmsilçisinin keçən yaz reallaşdırdığı Neymar transferinin ardınca, Santosun 18 yaşlı 'Yeni Neymar' olaraq adlandırılan futbolçusunu transfer etmək hüququna sahib olduğu və qarşıdakı illərdə heyətinə qatacağı bildirilir.
Gabriel, Braziliyada vurduğu qollarla indidən azarkeşlərin diqqətini özünə cəlb edib. 16 yaşında professional olan 'Gabigol' ləqəbli braziliyalı, bu mövsüm Santos'ta 14 matçda atdığı beş qolla komandanın ən sərrast futbolçusudur. Gabrielin müqaviləsi 2015-ci ildə bitir, ancaq meneceri Vagner Ribeironun Santos ilə yeni müqavilə imzalamaq üçün danışıqlara başladığı bildirilir.