Basketbol: “Neftçi”nin rəqibləri məlum olub

“Neftçi”nin 3×3 basketbol üzrə Dünya Qadın Seriyasının “Netanya” mərhələsindəki rəqibləri məlum olub.

Newsport.az xəbər verir ki, Azərbaycan təmsilçisi 2-3 iyulda İsrailin Netanya şəhərində keçiriləcək turnirdə Niderland, Litva və Macarıstanın “Qyor” klubu ilə birlikdə B qrupunda mübarizə aparacaq.

“Neftçi” ilk oyununu iyulun 2-də saat 18:25-də Niderland millisinə qarşı keçirəcək.

Qruplarında birinci yeri tutan komandalar yarımfinala, ikinci və üçüncü pillənin sahibləri isə 1/4 finala vəsiqə qazanacaqlar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right