Millimizin Avropa Oyunları üçün heyəti açıqlandı

İyunun 12-28-də Bakıda keçiriləcək Avropa Oyunlarının basketbol yarışlarının 3X3 növündə mübarizə aparacaq Azərbaycan yığmalarının heyəti dəqiqləşib.

Newsport.az-ın məlumatına görə, qadın və kişilərdən ibarət komandalarımız ən güclü “dördlüyü” müəyyənləşdiriblər.

Belə ki, baş məşqçi Elxan Əliyev sərəncamında olan basketbolçular arasında seçim edərək, mötəbər yarışa Rolandas Əliyev, Orxan Aydın (Hacıyeva), Amil Həmzəyev və Marşall Mozesi sifariş edib.

Qadınlardan ibarət millimizin çalışdırıcısı Tatyana Slojenitsina isə ilk dəfə baş tutacaq qitə Oyunlarında Tatyana Deniskina, Renara Tiffani Reys, Aneyka Henri və Dina Ulyanovaya şans verəcək.

Oyunlarda basketbol yarışları iyunun 23-26-da olacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right