Azərbaycan Şahmat Federasiyasında rapid turniri keçirilib

Azərbaycan Şahmat Federasiyasında (AŞF) Uşaq-Gənclər Komissiyasının təşkilatçılığı ilə rapid turniri keçirilib.

AŞF-dən Newsport.az-a verilən məlumata görə, 43 şahmatçının iştirak etdiyi yarış yeniyetmələrin beynəlxalq turnirlərə hazırlıq məqsədi daşıyıb.

7 turdan ibarət yarışın nəticəsinə əsasən, 6 xal toplayan Murad İbrahimli turnirin qalibi adını qazanıb. Vüqar Manafov (5.5 xal) və Məhəmməd Bağırov (5 xal) müvafiq olaraq 2-3-cü yerləri tutublar.

Qeyd edək ki, AŞF mütəmadi olaraq belə turnirlər təşkil edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right