Sərbəst güləşçilərdən qran-pridə beş medal

Özbəkistanın Nəməngan şəhərində yunan-Roma və sərbəst güləş üzrə qran-pri turniri keçirilib.

Newsport.az xəbər verir ki, iki gün davam edən yarışda ölkəmizi böyük məşqçi Cəbrayıl Həsənovla məşqçi Şərif Şərifovun rəhbərliyi altında sərbəst güləş üzrə milli komandanın bir neçə üzvü təmsil edib.

Güləşçilərimiz 2 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb.

Arseniy Djioyev (86 kq) və bu il ilk yarışına çıxan Maqomedxan Maqomedov (97 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Ağanəzər Novruzovla (74 kq) zədələndiyi üçün finalda güləşməyən Giorgi Meşvildişvili (125 kq) gümüş, Qadjimurad Omarov (74 kq) isə bürünc medalı boynundan asıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right