"Böyük Dəbilqə": Azərbaycan cüdoçusu finala vəsiqə qazanıb

Azərbaycan cüdoçusu Turan Bayramov (60 kq) Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "Böyük Dəbilqə" turnirində finala vəsiqə qazanıb.

Newsport.az-ın məlumatına görə, 22 yaşlı idmançı yarımfinalda yerli cüdoçu Bakhrom Boturova qalib gəlib.

Bu gün tatamiyə çıxan Balabəy Ağayev (60 kq) və Yaşar Nəcəfov (66 kq) əvvəlki raundlarda uduzaraq medal qazanmaq şanslarını itiriblər.

Qeyd edək ki, "Böyük Dəbilqə" martın 2-də başa çatacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right