Maks Ferstappen “Formula 1” tarixində üçüncü pilləyə yüksəlib

“Formula 1” üzrə üçqat dünya çempionu Maks Ferstappen yarış tarixində ən çox Qran-pri qalibi olan pilotların siyahısında üçüncü pilləyə yüksəlib.

Newsport.az xəbər verir ki, 2023 mövsümünün sonuncu mərhələsini də zirvədə tamamlayan niderlandlı karyerasında 54-cü dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

O, bu göstərici ilə almaniyalı Sebastyan Fetteli geridə qoyub. Ferstappen hazırda yalnız almaniyalı Mixael Şumaxer (91) və britaniyalı rekordçu Lyuis Hemiltondan (103) geri qalır.

Qey edək ki, “Red Bull” komandasının heyətində mübarizə aparan Maks Ferstappen 2023 mövsümündə keçirilən 22 Qran-prinin 19-da qalib gəlib. O, yalnız Səudiyyə Ərəbistanı və Azərbaycan mərhələlərində finişə ikinci pillədə çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right