Azərbaycan – Yunanıstan: hakim təyinatları açıqlandı

Futzal üzrə Avropa çempionatının əsas mərhələsi çərçivəsində bu gün son oyununu keçirəcək 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi Yunanıstandan olan həmyaşıdları ilə qarşılaşacaq.

Newsport.az-ın məlumatına görə, artıq bu oyuna təyinatlar açılanıb.

Millimizin qrupdakı son matçını aşağıdakı hakimlər idarə edəcəklər:

Azərbaycan – Yunanıstan
Hakimlər:
Martin Koster (Danimarka), Norbert Şilagi (Macarıstan), Nikola Manzione (İtaliya).
Timekeeper: Vedran Marçinko (Bosniya və Herseqovina).
Hakim-inspektor: Antonio Joze Fernandes Kardoso (Portuqaliya).
UEFA nümayəndəsi: Boris Durlen (Xorvatiya).
25 mart. Şiroki Briyeq şəhəri, Pecara İdman zalı. Saat 20:00.

Xatırladaq ki, yığmamız qrupdakı əvvəlki oyunlarında Fransaya 0:5, Bosniya və Herseqovinaya isə 1:4 hesabıyla uduzub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right