Millimizin baş məşqçisi: "1:4 hesabı ilə yenilsək də, yaxşı çıxış etdik"

19 yaşadək futzalçılardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının əsas seçmə mərhələsində Bosniya və Herseqovinaya uduzub.

Newsport.az xəbər verir ki, yığmanın baş məşqçisi İlqar Aslanov 1:4 hesabıyla başa çatan görüşü şərh edib. Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə danışan mütəxəssis bunları deyib:

“1:4 hesabı ilə yenilsək də, Fransaya qarşı keçirdiyimiz oyunla müqayisədə daha yaxşı çıxış etdik. Əlbəttə, təcrübəsizlik sözünü dedi. Hadisələrin gedişatı onu göstərir ki, uşaqlar oyundan-oyuna daha inamlı təsir bağışlayır. Səhvlərimiz üzərində işləməliyik ki, növbəti matçlarda daha yaxşı çıxış edək. Qrupda son oyunumuzu Yunanıstana qarşı keçirəcəyik. Fransa və Bosniya və Herseqovina ilə müqayisədə onlar səviyyə baxımından bir qədər geri qalır. Amma hiss olunur ki, komanda olaraq müəyyən təcrübəyə malikdirlər. Bizi maraqlı və gərgin oyun gözləyəcək”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right