Fransa ilə oyun üçün yığmamızın heyəti bəlli oldu

Martın 21-dən 26-dək Bosniya və Herseqovinada təşkil olunacaq Avropa çempionatının əsas mərhələsinin qrup oyunlarında iştirak edəcək 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb.

Newsport.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, ikisi qapıçı olmaqla ümumilikdə 12 futzalçı səfərə aparılacaq. Komanda martın 20-də Bakı-İstanbul-Sarayevo hava reysi ilə Bosniya və Herseqovinaya gedəcək, Sarayevodan isə matçların təşkil olunacağı Siroki Breyq şəhərinə avtobusla yollanacaq. U-19-u oyunlara baş məşqçi kimi İlqar Aslanov çıxardacaq. Komandanın heyətini və oyunların təqvimini diqqətinizə çatdırırıq:

Əli Quliyev (ADBTİA), Sadiq Əlizadə, Fərid Abbasov, Kənan Rovşani, Rüfət Məmmədli, Qüdrət Qasımzadə (hamısı “Baku Fire”), Kərim Babayev (“Zirə”), Şahbaz Həndəmli, Əhməd İsmayılov, Sunay Həsənov, Elşən Mahmudov, İlham Alıyev (hamısı U-19)

Fransa – Azərbaycan

22 mart. Şiroki Briyeq şəhəri, Pecara İdman zalı. Saat 20:00

Hakimlər: Peter Nurse (İngiltərə), Martin Koster (Danimarka), Norbert Szilagyi (Macarıstan)

Timekeeper: Vedran Marçinko (Bosniya və Herseqovina)

Hakim-inspektor: Antonio Joze Fernandes Kardoso (Portuqaliya)

UEFA nümayəndəsi: Boris Durlen (Xorvatiya)

 

Bosniya və Herseqovina – Azərbaycan

23 mart. Şiroki Briyeq şəhəri, Pecara İdman zalı. Saat 23:00

Hakimlər: Martin Koster, Nikola Manzione (İtaliya), Peter Nurse

Timekeeper: Vedran Marçinko (Bosniya və Herseqovina)

Hakim-inspektor: Antonio Joze Fernandes Kardoso (Portuqaliya)

UEFA nümayəndəsi: Boris Durlen (Xorvatiya)

 

Azərbaycan – Yunanıstan

25 mart. Şiroki Briyeq şəhəri, Pecara İdman zalı. Saat 20:00

Timekeeper: Vedran Marçinko (Bosniya və Herseqovina)

Hakim-inspektor: Antonio Joze Fernandes Kardoso (Portuqaliya)

UEFA nümayəndəsi: Boris Durlen (Xorvatiya)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right