Pley-off cütlükləri bəlli oldu

DÇ-2024-ün (futzal) əsas mərhələsinin pley-off oyunlarının püşkü atılıb.

Newsport.az-ın məlumatına görə, 8 komandadan 4-ü elit-raunda vəsiqə qazanacaq.

Bu mərhələnin oyunları ev-səfər prinsipi ilə gələn ay – aprelin 10-dan 19-dək keçiriləcək.

Belçika – Macarıstan
Niderland – Moldova
İsveç – Almaniya
Çexiya – Litva

Elit-raundda 20 komanda 5 qrupda mübarizə aparacaq. Qrup qalibləri final mərhələsinə birbaşa vəsiqə qazanacaq. 4 ən yaxşı göstəriciyə malik “ikinci” pley-off oyunlarında iştirak edəcək. Qalib gələcək 2 yığma də həlledici mərhələdə iştirak edəcək. Əgər dünya çempionatına UEFA üzvü ölkələrdən biri evsahibliyi edərsə, o zaman 4 yox, 2 ən yaxşı göstəriciyə malik qrup ikincisi pley-off oyunlarında iştirak edəcək və bir komanda digər məhrələyə yüksələcək.

Azərbaycan millisi əsas mərhələdə keçirdiyi 4 oyunda 9 xal toplayaraq elit-raunda birbaşa vəsiqə qazanıb. Bu mərhələnin püşkü iyulun 5-də keçiriləcək. Qrup oyunları isə cari il dekabrın 20-dək yekunlaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right