Millimiz Türkmənistana qalib gəldi

Futzal üzrə Avropa çempionatının play-off mərhələsinə hazırlıq məqsədilə Azərbaycan milli komandası bu gün Türkmənistan yığması ilə növbəti yoldaşlıq oyunu keçirib. 

Newsport.az-ın məlumatına görə, ABU Arena-da təşkil olunan qarşılaşma millimizin qələbəsi ilə başa çatıb - 6:2. Millimizin qollarını Vitali Borisov, Rizvan Fərzəliyev, Ramiz Çovdarov, İsa Atayev, Amadeo Da Silva və Conatan Luis vurub.

Xatırladaq ki, bu komandalar arasında avqustun 25-də keçirilən yoldaşlıq oyunu millimizin 5:0 hesablı qələbəsi ilə başa çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right