"İki oyundan maksimum xal toplamaq istəyirik" - Joze Alesio

Dünya çempionatının əsas mərhələsi çərçivəsində oktyabrln 7-də Polşa ilə qarşılaşacaq Azərbaycan millisi hazırlığını davam etdirir.

Newsport.az-ın məlumatına görə, bu gün oyunun keçiriləcəyi Bakı İdman Sarayında məşq edən komandanın mətbuat üçün açıq məşqi keçirilib. Məşqdən əvvəl isə baş məşqçi Joze Alesio Da Silvanın iştirakı ilə brifinqi olub.

Braziliyalı mütəxəssis heyətlə bağlı çətinliklərinin olduğunu bildirib: “Dünəndən məşqlərə başlamışıq. Bu gün iki məşq keçirməli idik, amma birini təxirə saldıq. Çünki heyətimiz tam toplaşmayıb. Bir neçə oyunçumuz sabah komandaya qoşulacaq. Qarşıda 2 gün var və bundan maksimum istifadə edəcəyik ki, oyuna maksimum hazır olaq.

Heyətimizdə bəzi itkilər var. Eduardo Borges və Ramiz Çovdarov zədə səbəbindən Polşa və Yunanıstanla oyunları buraxacaq. Xətai Bağırov və İsa Atayev isə sənədlə bağlı problemlərini həll ediblər və sabah bizə qoşulacaqlar. Əsas narahat edən məqam ilk gündən tam heyətlə məşq etməməyimizdir".

Joze Alesio həm Polşanın, həm də Yunanıstanın çətin rəqib olduğunu qeyd edib: "İki oyundan maksimum xal toplamaq istəyirik. Hər iki rəqibimizə hörmətlə yanaşırıq. Polşa millisi fiziki və taktiki baxımdan güclü komandadır. 6-7 ildir ki bir yerdə məşq edirlər. Onların 3 dənə “dördlük”ü var, inkişafdadırlar. Portuqaliya və Braziliyaya qarşı oyunlarını izləmişəm. Qrup oyunlarına isə Yunanıstan üzərində qələbə ilə başlayıblar. Çətin oyun olacaq. Yunanıstan millisi də asan yeniləcək komanda deyil. Ümumiyyətlə, indi zəif komanda yoxdur. Əlbəttə, rəqiblərimiz də bizə hörmətlə yanaşır”.

Qeyd edək ki, oktyabrın 7-də Polşanı qəbul edəcək Azərbaycan millisi, 4 gün sonra Yunanıstanın qonağı olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right