Futzal üzrə milli komandaların yeni reytinq siyahısı açıqlanıb.
Newsport.az-ın məlumatına görə, Azərbaycan yığması ötən ayla müqayisədə mövqeyini qoruyub.
Aktivində 1354 xal olan komandamız 14-cü pillədə qərarlaşıb. "Avro-2016"nın pley-off mərhələsində qarşılaşacağımız Slovakiya yığması 1219 xalla 23-cü pillədə yer alıb.
Millimizin "DÇ-2016"nın seçmə mərhələsindəki rəqiblərindən Xorvatiya 1340 xalla 15-ci, Belarus isə 1230 xalla 22-ci olub.
Qeyd edək ki, siyahıya 1922 xalla İspaniya başçılıq edir. Braziliya ikinci, Rusiya isə üçüncü pillədə qərarlaşıb.
"Milli Mətbuat 150" turnirinə yekun vuruldu
Millimiz Gürcüstanla heç-heçə etdi
Millimiz Qazaxıstan yığmasına qalib gəldi
Millimiz “Səbail”ə qalib gəldi
"Qarabağ"ın məşqindən
"Qarabağ Azərbaycandır!" futbol turnirinin qalibi Qubadlı oldu
Derbidən şəkillər
"Qarabağ" - "Səbail"