Kateqoriya: Futzal | Tarix: 27.01.2022 01:18
Futzal üzrə Azərbaycan millisi Avropa çempionatında növbəti matçına çıxıb.
Newsport.az xəbər verir ki, Joze Alesionun rəhbərlik etdiyi komanda İspaniya ilə qarşılaşıb.
Millimiz oyun ərzində 2 dəfə hesabda önə çıxsa da, üstünlüyünü qoruya bilməyib. Yığma komandamız ispanlara qalib gələ bilmədiyinə görə qrupdan çıxmaq şanslarını möcüzəyə saxlayıb.
Alesionun komandasının qrupdan çıxması üçün İspaniya Gürcüstana uduzmalı, millimiz isə Bosniya və Herseqovinaya böyükhesabla qalib gəlməlidi.
Yığmamız qrupdakı son oyununu yanvarın 29-da Bosniya və Herseqovinaya qarşı keçirəcək.
İspaniya - Azərbaycan 2:2
Qol: Qomes 12, Lozano, 30 - Lozano, 10 (avtoqol), Atayev, 17
İspaniya: Didak Plana, Ortis (k), Raul Qomes, Serxio Losano, Melyado - Xesus Errero, Borxa, Esteban Sequdo, Boyis, Katela, Sesilio, Çino, Raul Kampos
Azərbaycan: Emin Kürdov, Felipinyo, Fineo, Eduardo, Rafael Vilela, Tyaqo Bolinya, Vassura, Rizvan Fərzəliyev (k), Ramiz Çovdarov, Xətai Bağırov, İsa Atayev, Hadi Ahmadi