“Araz”ın rəqibləri nə vaxt məlum olacaq?

Azərbaycan Futzal Federasiyasının İcraiyyə Komitəsi ölkəmizi UEFA Çempionlar Liqasının 2021/22 mövsümündə təmsil edəcək klubu müəyyənləşdirib.

Newsport.az saytının məlumatına görə, “Araz”ın növbəti dəfə iştirakçısı olacağı yarışın püşkü iyulun 7-də atılacaq.

Püşkatmada ilkin və əsas mərhələdə mübarizə aparacaq klublar rəqibləri ilə tanış olacaqlar. Əvvəlcədən də bildirildiyi kimi, 4 ölkə – İspaniya, Portuqaliya, Rusiya və Qazaxıstan hərəyə 2 təmsilçi ilə mübarizə aparacaq. Son qalib “Sportinq” də daxil olmaqla həmin 8 klub yüksək reytinqə malik olduqlarından, onlar əsas mərhələdən yarışa qoşulacaqlar.

İlkin mərhələnin oyunları avqustun 20-dən 25-dək, əsas mərhələnin görüşləri oktyabrın 26-dan 31-dək, elit-raundun qarşılaşmaları noyabrın 23-dən 28-dək keçiriləcək. “Dördlər finalı”nda yarımfinal matçları isə gələn il aprelin 28-i və ya 29-da, 3-cü yer və final dueli isə aprelin 30-da və ya mayın 1-də baş tutacaq.

İlkin mərhələdə komandalar hər birində 4 iştirakçı olmaqla qruplara bölünəcəklər. Qrup qalibləri və ən yaxşı göstəriciyə malik qrup ikincisi əsas mərhələyə yüksələcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right