Kateqoriya: Futzal | Tarix: 20.01.2015 13:08
Futzal üzrə Azərbaycan yığmasının AÇ-2016-nın seçmə mərhələsi çərçivəsindəki sonuncu rəqibi müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, Azərbaycan, Ukrayna və Belçikaya qoşulan sonuncu komanda Danimarka olub.
Bu komanda ilkin seçmə mərhələdə 9 mümkün xaldan 7-sini qazanıb. Danimarkalıların rəqibləri isə Yunanıstan, Bolqarıstan və Cəbəllütariq idi.
Qeyd edək ki, əsas seçmə mərhələnin oyunları 17-22 mart aralığında keçiriləcək. Qrupun bütün oyunları Bakıda baş tutacaq.