Kateqoriya: Futzal | Tarix: 17.05.2018 20:00
Bu gün futzal üzrə ölkə kubokunda yarımfinal oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, günün ilk oyununda Yüksək Liqanın gümüş medalçısı “Marafon Futsal” Birinci Liqanın qalibi “Hell Energy”ni 11:0 hesabı ilə məğlub edib.
Digər oyunda isə “Uğur” “Yasamal-2”ni 15 cavabsız topla üstələyib.
Beləliklə, həlledici oyunda “Marafon Futsal” və “Uğur” komandaları qarşılaşacaq.