Yüksək Liqada mövsümə yekun vuruldu

Futzal üzrə Yüksək Liqada XXVIII turun oyunları keçirilib. “Xəmsə” “Araz”la oyuna gəlmədiyi üçün nəticə ilə bağlı İntizam Komitəsi qərar verəcək.

Newsport.az-ın məlumatına görə, günün ilk oyununda EKOL qələbə qazanıb. Oyunun gedişində “Yasamal” status-kvonu bərpa etməyə çalışsa da, bürünc mükafatçı üstünlüyü əldən verməyib. Çempionatın son oyunu isə dramatik alınıb. CBC Sport kanalında canlı yayımlanan oyunda “Marafon Futsal” fasiləyə 3 top fərqi ilə üstün yollansa da, “Neftçi” ruhdan düşməyib. Yekunda hərəyə 8 qol vuran komandalar çempionatı sülhlə qapayıb. Qarşılaşma başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Emin Kürdov (EKOL) çempionatın ən yaxşı qapıçısı, Seymur Məmmədov (“Marafon Futsal”) ən yaxşı oyunçusu seçilib. Mövsüm ərzində 34 qol vuran Telez Bolinya (“Araz”) bombardir olub. Debüt ilində “Marafon Futsal”a gümüş medallar qazandıran Elşad Quliyev ən yaxşı məşqçi seçilib.
Turnir cədvəlinə əsasən EKOL-a bürünc, “Marafon Futsal”a gümüş medallar təqdim edilib. Qızıl medala sahib çıxan “Araz”a çempionluq kuboku təqdim edilib. 
Komandalara mükafatları AFFA-nın İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov, AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, futzal federasiyasının baş katibi Mahmud Sadıqov, beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev təqdim ediblər.

“Neftçi” İK – “Marafon Futsal” (0:3) 8:8 
15 may. Bakı İdman Sarayı. Saat 15:30
Hakimlər: Elçin Məmmədov, Hikmət Qafarlı, Yusif Nurullayev 
Hakim-inspektor: Ələkbər Məmmədov
Qollar: V. İsayev, 25:02, T. İsmayılov, 27:00, 33:20, 37:46, R. Balakişiyev, 28:50, 30:33, 35:43, T. Qurbanov, 38:13 // R. Sultanov, 7:25, 35:34, O. Talebi, 9:52, 26:14, S. Məmmədov, 15:02, İ.Hacıyev, 28:39, 32:40, E. Barati, 33:10
Sarı vərəqə: S. Məmmədov, 39:19
“Neftçi” İK
23. Elnur Zamanov (q, k), 10. Rüfət Balakişiyev (k), 11. Tural Qurbanov, 94. Oruc Baxşəli, 13. Əjdər Əjdərov, 1. Samir Mehtiyev (q), 8. Vahib Xocayev, 17. Vüsal İsayev, 7. Tural İsmayılov
Baş məşqçi: İlqar Aslanov
“Marafon Futsal”
2. Kamran Hacıyev (q), 7. İlkin Hacıyev, 9. Omid Talebi, 10. Seymur Məmmədov, 20. Elyas Barati, 12. Kesra Mehdipour (q), 8. Renat Sultanov (k), 11. Hamed Khodaei, 77. Saeid Goodarzi, 22. Tofik Əliyev, 99. Rüstəm Bağırzadə 
Baş məşqçi: Elşad Quliyev

EKOL - “Yasamal” İK (3:1) 7:5 
15 may. Bakı İdman Sarayı. Saat 13:00
Hakimlər: Elçin Səmədli, Yusif Nurullayev, Azad Hüseynov 
Hakim-inspektor: Aslan Həsənov
Qol: Ə. Ələsgərli,10:39, N. Məmmədkərimov, 14:45, 26:45, 36:10, S. Məstiyev, 18:12, S. Həmzəyev, 27:11, Z. Fərziyev, 36:41 // O. Oraz, 10:18, 24:40, T. Lətifov, 26:10, V. Vorobyov, 31:05, 37:54
Sarı vərəqə: M. Şahsuvari, 9:02, T. Lətifov, 26:54
EKOL 
1. İntiqam Babayev (q), 4. Fərid Atakişiyev, 9. Əsgər Abasov, 10. Samir Həmzəyev, 11. Namiq Məmmədkərimov (k), 99. Emin Kürdov (q), 14. Zaur Fərziyev, 7. Sərxan Məstiyev, 2. Radik Əhmədov, 13. Taleh Ağayev, 33. Ələsgər Ələsgərli, 17. Fərid Ələkbərov
Baş məşqçi: Radik Əhmədov
“Yasamal” FK
1. Mohammed Roştani (q), 47. Rəsul Akbari (k), 9. Vladislav Vorobyov, 80. Omid Oraz, 5. Məhəmməd Şahsuvari, 14. Omid Məhəmmədnejat, 8. Tural Lətifov, 2. Mohsan Dinari 
Rəhbər: Orxan Allahverdiyev

№ Komanda O Q H/H M T/F X
1 Araz 23 20 2 1 143-34 62
2 Marafon Futsal 24 15 3 6 109-59 48
3 EKOL 24 15 2 7 107-68 47
4 İtaldizain Futsal 24 9 6 9 105-79 33
5 Neftçi İK 24 8 6 10 67-65 30
6 Yasamal 24 5 1 18 72-152 16
7 Xəmsə 23 0 2 21 49-193 2
Bombardir: Thiaqo Telez Bolinya (“Araz”) – 34 qol





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right