“Yasamal” tilsimi son dueldə qırdı

Bu gün Yüksək Liqada XV turdan təxirə salınmış oyun keçirildi. “Neftçi” ötən həftə məğlub etdiyi “Yasamal”la üz-üzə gəldi. Elə oyunda ilk real qol vəziyyətini də nominal meydan sahibləri yaratdı. Oruc Baxşəlinin zərbəsində azacıq dəqiqlik çatmadı ki, dirəyin yanından keçən top tora daxil olsun. Bununla belə, hesabı “Neftçi” açdı. Tural İsmayılov komandasını önə keçirən qolu vurdu. Ancaq topa daha çox nəzarət edən “Yasamal” tezliklə status-kvonu bərpa etdi. Mortoza Cahandost topu aşırma zərbə ilə qapıdan keçirdi. Yeri gəlmişkən, son oyunda ikinci sarı-qırmızı vərəqə alan Omid Orazın yoxluğu hiss olunurdu. 12-ci dəqiqəqə Katebi-Qurbanov duelini sonuncu əla zərbə ilə çərçivəyə istiqamətləndirsə də, qolkiper əla reaksiya nümyiş etdirdi və komandasını qoldan xcilas etdi. Amma Roştani növbəti hücum zamanı bunu bacarmadı və Rüfət hesabı komandasının lehinə dəyişdi. “Yasamal”ın cavabı gecikmədi. Sadiq Cavid standard vəziyyətdən qapını dəqiq nişan aldı. Hissənin heç-heçə başa çatacağı gözlənilərkən, “Neftçi” üçüncü qolu vurmağı bacardı. 
İkinci hissə də gərgin keçdi. 28-ci dəqiqədə Qurbanovun cinahdan ötürməsini Rüfət heç kimin mane olmadığı epizodda düzgün dəyərləndirdə bilmədi. Əvəzində Mortoza şansını qaçırmadı. 30-cu dəqiqədə iranlı hücumçu oyunda dublni rəsmiləşdirməklə bərabər, hesabı da bərabərləşdirdi. Sonrakı dəqiqələrdə hər iki komandanın cəhdləri uğursuz alındı. 37-ci dəqiqədə İsmayılov Orucun ötürməsini qapıdan keçirə bilməməklə təəssüf doğurdu. Bu azmış kimi 38-ci dəqiqədə Əjdər 10 metrlik zərbəni dəqiq yerinə yetirə bilmədi. Daha doğrusu, qapıçı topu qaytarmaqla heç-heçənin qəhrəmanı oldu. Onu da əlavə edək ki, caeri mövsümdə ilk dəfə “Yasamal” “Neftçi” ilə dueldən xalla ayrıldı. Əvvəlki 3 oyunda “Neftçi” qələbə qazanmışdı: 4:1, 6:2, 6:2

 

“Neftçi” İK – “Yasamal” FK 3:3 
21 aprel. Bakı İdman Sarayı. Saat 15:00
Hakimlər: Elçin Məmmədov, Yusif Nurullayev, Azad Hüseynov
Hakim- inspektor: Tofiq Şükürov
Qollar: T. İsmayılov, 5:05, R. Balakişiyev, 11:55, V. Xocayev, 39:34 // M. Cahandost, 8:27, 29:08, S. Cavid, 13:36
Sarı vərəqə: T. İsmayılov, 39:48 // V. Vorobyov, 38:16

 

“Neftçi” İK
1. Samir Mehtiyev (q), 10. Rüfət Balakişiyev (k), 11. Tural Qurbanov, 94. Oruc Baxşəli, 6. Məhəmməd Katebi, 23. Elnur Zamanov (q), 17. Vüsal İsayev, 7. Tural İsmayılov, 13. Əjdər Əjdərov, 8. Vahib Xocayev
Baş məşqçi: İlqar Aslanov

 

“Yasamal” FK
1. Mohammed Roştani (q), 9. Vladislav Vorobyov, 4. Məhəmməd Şahsavari, 47. Rəsul Akbari, 12. Sadiq Cavid, 10. Mortoza Cahandost, 8. Hassan Mirzeyi (k), 14. Omid Mohammednejat
Rəhbər: Orxan Allahverdiyev

№ Komanda O Q H/H M T/F X
1 Araz 21 19 2 0 133-27 59
2 Marafon Futsal 20 14 1 5 87-38 43
3 EKOL 20 11 2 7 87-59 35
4 Neftçi İK 20 8 5 7 65-52 29
5 İtaldizain Futsal 20 6 5 9 79-71 23
6 Yasamal 22 5 1 16 65-138 16
7 Xəmsə 21 0 2 19 48-179 2
Bombardir: Thiaqo Telez Bolinya (“Araz”) – 30 qol

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right