“Müdafiə xəttimiz çox zəif çıxış etdi” - Alesio

Futzal üzrə Avropa çempionatının 1/4 final mərhələsində Portuqaliya ilə qarşılaşan və 1:8 hesabı ilə məğlub olan Azərbaycan millisinin baş məşqçisi Joze Alesio da Silva böyükhesablı yenilgini şərh edib.
 

Newsport.az-ın məlumatına görə, braziliyalı mütəxəssis müdafiədə kobud səhvlərə yol verdiklərini bildirib:

“Oyuna yaxşı başladıq. Hətta erkən qol vurduq. Ancaq sonra ardıcıl 2 səhvə yol verdik və rəqib hər iki epizoddan düzgün istifadə etdi. Bundan sonra səhvlər bir-birini təkrarladı. Xüsusilə də oyunun birinci hissəsində bunun qarşısını ala bilmədik. 

Müdafiə xəttimiz çox zəif çıxış etdi. Ola bilsin, buna İspaniya ilə oyunda çox güc sərf etməyimiz və yorğun olmağımız da təsir etsin. Çünki hazırlaşmaq üçün çox az vaxtımız var idi. Portuqaliya millisinin təbrik edirəm, onlar həqiqətən də yaxşı oynadılar”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right