Millimiz İspaniyaya qarşı Yenilənir

Futzal üzrə Avropa çempionatının final mərhələsində iştirak edən Azərbaycan yığması bu gün qrupda son oyununa çıxacaq.

Newsport.az xəbər verir ki, Joze Alesionun kollektivi İspaniya yığması ilə qarşılaşacaq. Millimiz qrupda keçirdiyi ilk oyunda Fransa seçməsini məğlub edərək (5:3) 1/4 finala vəsiqəni təmin edib. İspaniya isə ilk matçında fransızlarla “sülh bağlayıb” - 4:4. Sloveniyanın paytaxtı Lyublyanada keçirilən oyun, Görüş bu gün Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Yığmamız bu oyundan ən azı 1 xalla ayrılacağı təqdirdə, növbəti mərhələyə qrup birincisi kimi yollanacaq.

 

Futzal üzrə Avropa çempionatı

4 fevral

D qrupu

23:45 Azərbaycan - İspaniya

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right