Kateqoriya: Futzal | Tarix: 03.02.2018 16:30
Futzal üzrə Avropa çempionatının final mərhələsinin bombardirlər siyahısı açıqlanıb.
Newsport.az-ın xəbərinə görə, millimizin oyunçusu Bolinya məhsuldarlığı ilə seçilib.
Ötən gün Fransa ilə keçirilən oyunda het-trik edən futzalçı ən yaxın izləyicisini 1 top qabaqlayır. Onu Fransa millisinin iki üzvü - Süheyl Muhidin və Abdessamad Mohammed, həmçinin serbiyalı Draqan Tomiç izləyir. Bu oyunçuların hamısı 2 matç keçirib.