Azərbaycan - İspaniya: Hakimlər açıqlandı

Futzal üzrə Avropa çempionatının final mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - İspaniya qarşılaşmasının hakimləri məlum olub.

Newsport.az xəbər verir ki, D qrupunda çıxış edən yığmamızın ispanlarla görüşündə 1-ci hakim rusiyalı Vladimir Kadikov olacaq. 2-ci hakim kimi sloveniyalı Admir Zahoviç meydana çıxacaq. İtaliyalı Alessandro Malfer 3-cü hakim işini görəcək, yunanıstanlı Vasilios Xristodulis isə oyunun vaxtına nəzarət edəcək.

Sloveniyanın Lyublyana şəhərində keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right