"Təzyiq altında meydana çıxsaq da, vacib qələbə qazandıq" - Alesio

“Komandam oyuna yaxşı hazırlaşmışdı. Fransa ilə oyunun bizim üçün final matçına bərabər olduğunu hamımız anlayırdıq”.

Newsport.az-ın məlumatına görə, bu sözləri futzal millimizin baş məşqçisi Joze Alesio Avropa çempionatının final mərhələsinin Fransaya qalib gəldikləri qrup oyunundan (5:3) sonra deyib.

Braziliyalı mütəxəssis qələbə qazanaraq 1/4 finala yüksəldikləri oyunu belə şərh edib: “Matç ərzində müəyyən gərgin anlar oldu. Hətta hesabda geriyə də düşdük. Ancaq oyunçularım tez bir zamanda toparlanmağı və oyun intizamını qorumağı bacardılar. Onlar məşq zamanı dediklərimi tətbiq etdilər. Ardıcıl 2 qol vurduq və hesabı lehimizə dəyişdikdən sonra psixoloji üstünlüyə də sahib olduq. Fransa millisi sona qədər mübarizə apardı. Onlar məğlubiyyətlə barışmaq istəmirdilər. İspaniya ilə oyunda qazandıqları 1 xal onlarda inam yaratmışdı. Təzyiq altında meydana çıxsaq da, vacib qələbə qazandıq.

Bizi qrupda İspaniya ilə matç gözləyir. 1/4 finala vəsiqəni təmin etməyimizə baxmayaraq, qələbə qazanmaq üçün mübarizə aparacağıq. Çünki qrup mərhələsini birinci pillədə başa vurmaq şansımız var. Təbii ki, ispanlar da mübarizəni davam etdirmək üçün qələbə qazanmağa çalışacaqlar”.
 

affa.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right