Millimizə daha bir oyunçu qoşulub

Avropa çempionatının final mərhələsinə Bakıda hazırlaşan futzal üzrə Azərbaycan millisinin düşərgəsinə daha bir oyunçu qoşulub.

Newsport.az xəbər verir ki, karyerasını Yaponiyanın “Agleymina Hamamatsu” klubunda davam etdirən Fineo de Araujo bu gün səhər saatlarında Bakıya gəlib. Bir müddət əvvəl Yaponiya çempionatında yaranmış fasilədən istifadə edərək vətəninə baş çətən futzalçı bu gün saat 17:00-da, Olimpik Starda keçiriləcək məşqə qoşulacaq. 

Qeyd edək ki, ötən ilin aprel ayrında Bakıda keçirilən AÇ-nin seçmə mərhələsinin oyunlarında iştirak edən Fineo dekabrda İranda təşkil edilən beynəlxalq turnirə dəvət edilməmişdi. Yaponiya ilə məsafənin uzaq, saat fərqinin isə çox olmasını nəzərə alan baş məşqçi Joze Alesio da Silva ona rəsmi oyunlar ərəfəsində dəvət göndərəcəyini bildirmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right