Kateqoriya: Futzal | Tarix: 03.01.2018 13:15
Cari mövsümün yarısını “Araz”da keçirən Karvalyo dos Santos Vilela karyerasını vətənində davam etdirəcək.
Newsport.az xəbər verir ki, hücumçu Braziliyinanın “Kopaqril” komandası ilə bu ilin iyun ayına qədər müqavilə imzalayıb.
Qeyd edək ki, “Araz”ın heyətində Yüksək Liqada 12, UEFA Kubokunda isə 3 oyunda forma geyinən Karvalho dos Santos 9 (YK-7, UK-2) qol vurub. O, millinin heyətində İranda təşkil edilən turnirdə isə 3 oyunda meydana çıxıb və rəqib torunu 3 dəfə silkələyib.
