“Neftçi”nin huşunu itirən futbolçusu evə buraxılıb

Futzal üzrə Yüksək Liqada dünən 14-cü turun oyunları keçirildi.

Newsport.az-ın məlumatına görə, “Neftçi” – “Marafon Futsal” qarşılaşmasının son dəqiqəsində “Neftçi”nin iralı legioneri Sadiq Cavid meydanın mərkəzində anidən huşunu itirərək yıxılıb. Futzalçıya həm “Neftçi”nin, həm “Marafon Futsal”ın, həm də oyunların baş həkimi Esmiralda Ələkbərova tərəfindən ilkin tibbi yardım göstərilib.

Daha sonra təcili tibbi yardım maşını ilə iranlı futzalçı 1 saylı Kliniki Tibbi Mərkəzə (Semaşko) aparılıb. Dərhal tibbi müayinədən keçirilən oyuçunun hansısa orqanında çatışmazlıq, problem aşkarlanmayıb.

Klubdan verilən məlumata görə, gecəni xəstəxanada keçirən oyunçu bu gün evə buraxılıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right