13-cü turun hakim təyinatları açıqlanıb

Sabah futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasında 13-cü turun oyunları keçiriləcək.

Newsport.az xəbər verir ki, Bakı İdman Sarayında baş tutacaq ilk oyunda “FK.İD.Futsal” “Yasamal”la üz-üzə gələcək. Bu komandalar arasında birinci dövrədə keçirilmiş oyunda “Fk.İD.Futsal” böyükhesablı qələbə qazanmışdı. Bu dəfə “Yasamal” oyuna fərqli baş məşqçinin rəhbərliyi ilə çıxacaq. Rüfət Hüseynovun gəlişindən sonra daha inamlı təsir bağışlayan “Yasamal”ın son turlarda oyun planında geriləyən “FK.İD.Futsal”a ciddi müqavimət göstərəcəyi şübhəsizdi.

Mərkəzi oyunda isə “Neftçi” və “Araz” üz-üzə gələcək. Əzəli rəqiblərin duelinin maraqlı keçəcəyi gözlənilir. Böyük ehtimalla “Araz”ı oyuna Joze Alesio deyil, köməkçi-məşqçi Ağakərim Həsənov çıxaracaq. Çünki braziliyalı çalışdırıcı dünən vətəninə yollanıb.

Ötən oyunda “Neftçi”ni məğlub edərək üçüncü pilləyə yüksələn EKOL bu dəfə “Xəmsə”ni sınağa çəkəcək.

Artıq bu oyunlara hakim təyinatları da açıqlanıb. Sözügedən təyinatları təqdim edirik:

12:30 FK.İD.Futsal – Yasamal FK
Hakimlər: Elçin Səmədli, Ramil Namazov, Azad Hüseynov
Hakim-inspketor: Ədilxan Hünbətov

14:30 Neftçi İK – Araz (CBC Sport, canlı)
Hakimlər: Yusif Nurullayev, Hikmət Qafarlı, Anar Fərəcov
Hakim-inspketor: Ağarza Rzayev

16:00 EKOL – Xəmsə
Hakimlər: Elçin Məmmədov, Əli Cəbrayılov, Kənan Məlikov
Hakim-inspketor: Arif Ağayev





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right