Millimiz İranda 3-cü oldu

İranın İsfahan şəhərində təşkil edilən "4 Top Nations" turnirində iştirak edən Azərbaycan millisi bu gün turnirdə son oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, yığmamız Qazaxıstan millisi ilə üz-üzə gəlib. Görüş bərabərliklə nəticələnib - 3:3. Bu nəticə ilə yığmamız turniri 3-cü pillədə başa vurub. Millimiz qazaxlarla eyni xala malik olsa da, daha yaxşı top fərqinə görə bir pillə irəlidə yer alıb. 

Xatırladaq ki, seçmə komandamız turnirdə keçirdiyi əvvəlki oyunlarda İranla heç-heçə edib (3:3), Rusiyaya uduzmuşdu (3:4).  

"4 Top Nations" turniri

6 dekabr

Azərbaycan - Qazaxıstan 3:3

Qol: Uilyams Oliveyra Vassoura, 9, 11; Rafael Karvalyo, 39 - Pavel Taku, 25, 35; Duqlas Da Silva, 32

Azərbaycan: 12. Rövşən Hüseynli, 18. Rafael Karvalyo, 6. Eduardo Borqes, 8. Rizvan Fərzəliyev (k), 9. Qabriel Bastos, 1. Emin Kürdov, 2. Samir Həmzəyev, 4. İsa Atayev, 5. Renat Sultanov, 7. Ramiz Çovdarov, 10. Uilyams Oliveyra Vassoura, 3. Tiaqo Martins, 15. Seymur Məmmədov

 

1. Rusiya          2 1 1 0 7-6 4

2. İran             2 1 1 0 5-4 4

3. Azərbaycan  3 0 2 1 9-10 2 

4. Qazaxıstan   3 0 2 1 7-8 2 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right