Millimizin baş məşqçisi: "Bu turnir əla sınaq oldu"

“Bir gün əvvəl oyunçularıma dedim ki, bizi çətin oyun gözləyir. Çünki Qazaxıstan millisinə Kakau kimi təcrübəli məşqçi rəhbərlik edir. Rəqibimiz taktiki və intizam baxımından kifayət qədər güclüdür. Yaxşı və maraqlı oyun alındı".

Newsport.az-ın məlumatına görə, bu sözləri futzal millimizin baş məşqçisi Joze Alesio Da Silva İranın İsfahan şəhərində təşkil olunan futzal üzrə “4 Top Nations” beynəlxalq turnirində Qazaxıstanla heç-heçə etdikləri oyundan (3:3) sonra deyib.

O, bu turnir hər iki komanda üçün əla sınaq olduğunu bildirib: "Səhvlərə yol verdik, onların üzərində işləyəcəyik. Mən də öz növbəmdə nümayiş etdirdiyi oyuna görə, Qazaxıstan yığmasını, komandada gördüyü işlərə görə isə Kakaunu təbrik edirəm. Bu cür turnirlərin mütəmadi təşkil edilməsi yaxşı hal olardı. Təşkilatçılara yaratdıqları şəraitə və komandamızı dəvət etdiklərinə görə təşəkkürümü bildirirəm”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right