Rövşən Hüseynli: "Rusiya bizə rahat oynamağa imkan vermədi"

Azərbaycanın Futzal millisinin qapıçısı Rövşən Hüseynli Rusiya ilə oyundan sonra AFF-nın mətbuat xidmətinə müsahibə verib. 

Newsport.az həmin müsahibəni təqdim edir:

- Sanki İranla oyunun ab-havasından ayrılmamışdınız?
- Oyun ərzində rəqib bizə pressinq tətbiq etdi. Buna görə də oyunumuz istədiyimiz kimi alınmadı. Heyət üzvlərimiz demək olar, tam uyğunlaşmayıb. Vassoura komandaya yeni qoşulmuşdu, 2 debütantımız var.

- Hesab 2:2 olduqdan sonra sənin səhvindən rəqib qol vurdu. Həmin epizodu oyunun qırılma anı kimi dəyərləndirmək olarmı?
- Oyun epizodu idi. Rəqib pressinq edirdi, bizim oyunçular isə irəli çıxmaqda çətinlik çəkirdi. Ola bilsin, topu düzgün ötürmədim. Ancaq bunu oyunun qırılma anı kimi dəyərləndirmək düzgün olmazdı. Bütün oyun ərzində rəqib bizə rahat oynamağa imkan vermədi.

- Rəqibin üstün tərəfi hansı idi?
- Rusiyada futzal çempionatının oyunları 50 dəqiqə keçirilir. Onlar meydanda daha çox oynayırlar. Bu onların əsas üstün cəhətidir.

- Kardoso Everton qırmızı vərəqə aldı və Qazaxıstana qarşı oynamayacaq. Yoxluğu hiss olunacaqmı?
- Tək Kardosonun yox, ehtiyatda oturan oyunçunun yoxluğu belə hiss olunur. Hər biri bizim üçün vacib oyunçudur. Kardoso lazımsız epizodda qırmızı vərəqə aldı. Əlimizdən gələni edəcəyik ki, yoxluğu hiss olunmasın.

- Hakimliklə bağlı narazılığın çoxdur?
- İranla oyunda olduğu kimi, bu qarşılaşmada da hakim səhvləri çox oldu. Son 15 saniyədə rəqib qapısına cərimə -10 metrlik təyin etməli idi, amma əks tərəfi göstərdi. 

- Qazaxıstan haqda nə düşünürsən?
- Qazaxıstan komandası ilə oyun çətin keçəcək. Çünki onlar oyunu 5 oyunçu ilə davam etdirəcəklər. Qapıçıları sərbəst çıxış edir, ayaqla da yaxşı oynayır. Yorulacağıq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right