"Azərbaycanla oyunda istəyimizə tam nail ola bilmədik"

“Həmkarımla razıyam, həqiqətən də maraqlı oyun alındı. Oyunun gedişində həm biz, həm də rəqib üstünlük əldə etdi”.

Newsport.az-ın məlumatına görə, bu sözləri futzal üzrə Rusiya millisinin baş məşqçisi  Sergey Skoroviç yığmamıza qalib gəldikləri (4:3) oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Skoroviç İranın İsfahan şəhərində təşkil olunan futzal üzrə beynəlxalq turnir çərçivəsində keçirilmiş matçı belə şərh edib:

“Azərbaycanın 5 meydan oyunçusu ilə yaxşı çıxış etdiyini bildirdik. Hətta bir gün əvvəl 5 oyunçu ilə çıxış etdikləri zaman İran millisinə qol vurduqlarını da gördük. Bunun qarşısını almaq istəyirdik. Təəssüf ki, tam istəyimizə nail ola bilmədik, çünki bizə də belə vəziyyətdə qol vurdular. Bu gün maksimum gücümüzdən istifadə etdik. Bərabər səviyyəli oyun keçdi, nəticəni son anda epizodları dəqiq tamamlayan komanda müəyyənləşdirdi. Oyunumuzdan razı qaldım”. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right