Kateqoriya: Futzal | Tarix: 04.12.2017 19:42
İranın İsfahan şəhərində təşkil edilən "4 Top Nations" turnirində iştirak edən futzal üzrə milli komandamız bu gün ikinci oyununu keçirib.
Newsport.az-ın xəbərinə görə, yığmamız Rusiya futzalçıları ilə qarşılaşıb. Bu görüşdə millimiz 3:4 hesabı ilə uduzub.
Qeyd edək ki, yığmamız ilk oyunda İranla 3:3 hesablı bərabərə qalıb.