Millinin baş məşqçisi: "Özü xahiş etdi ki, bu yarışda onu dəvət etməyək" Müsahibə

Dekabrın 2-dən 7-dək İranda keçiriləcək “4 Top Nations” beynəlxalq turnirində iştirak edəcək futzal üzrə Azərbaycan milli komandası Bakıda məşqlərini davam etdirir.
 
Newsport.az xəbər verir ki, bu gün millimizin baş məşqçisi Joze Alesio da Silvanın iştirakı ilə brifinq təşkil olunub.
 
Müsahibəni təqdim edirik:
 
- Hazırlıqlar necə gedir?
- 3 gündür ki, hazırlığa başlamışıq. Vaxt azdır. Millimizin bazası “Araz” klubudur. Bu mənada çətinliyimiz olmayacaq. Yeni oyunçulara bu müddətdə taktiki gedişləri və digər məsələləri izah edəcəyik.
 
- Yığmaya 17 futbolçu dəvət edilib. Lakin onlardan 3 nəfər kənarda qalmalıdır. Artıq müəyyən etmisiniz ki, İranda keçiriləcək “4 Top Nations” turnirinə kimlər aparılacaq?
- Bu gün və sabah da məşqimiz var. Yeni cəlb edilən futbolçulara baxmaq istəyirəm. Çempionatda yaxşı təsir bağışlayan futbolçuları yaxından izləyirik. Sabah 14 nəfərlik yekun heyəti açıqlayacağıq.
 
- Legioner həyatı yaşayan Vassuranın durumu necədir?
- Məşqlər edib, pis vəziyyətdə gəlməyib. Durumundan razıyam.
 
- Vitali Borisov milliyə dəvət almadı. Söhbət gəzirdi ki, o, yığma karyerasını başa vurub. Onunla söhbət etmisiniz?
- Vitali dəvət edilmişdi. Sadəcə, o, vaxt istədi. 3 gün əvvəl UEFA-nın elit raund mərhələsində gərgin oyun keçiriblər. Özü xahiş etdi ki, bu yarışda onu dəvət etməyək. Yorğun olduğu üçün biz ona istirahət verdik.
 
- İrandakı turnir barədə düşüncələriniz necədir?
- Maraqlı yarış olacaq. Rəqiblərimiz güclüdür. Rusiya dünya ikincisi, İran isə üçüncüsü olub. Qazaxıstan yığması isə Avropa çempionatını 3-cü pillədə başa vurub. Bu komandalarla oyunun bizə faydası olacaq.
 
- Qışda təlim-məşq toplanışı nəzərdə tutulub?
- Yanvarın 23-dən bizə təlim məşq-toplanışı üçün şərait yaradılacaq. Həmin toplanışda yeni futbolçunu sınamaq istəyirəm.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right