Seymur Məmmədov: “Bəzən hadisəni düzgün qiymətləndirmirlər…”

Yüksək Liqada VIII turun son oyunu məhsuldarlığı ilə yadda qaldı. İki debutant komandanın duelindən “Marafon Futsal” qalib ayrıldı. Həm də bu oyunda mövsümün üçüncü pokeri qeydə alındı. “Marafon Futsal”ın üzvü Seymur Məmmədov 4 qol vurmaqla komandası adına ikinci belə uğura imza atdı.

Newsport.az xəbər verir ki,oyundan sonra futzalçı AFF-nın rəsmi facebook səhifəsinə müsahibə verib. 
- Oyunun bu şəkildə keçəcəyini gözləyirdin?
- Maraqlı oyun oldu. Bizim üçün qələbə qazanmaq vacib idi. Çünki iki ardıcıl məğlubiyyət almışdıq. Həm də hər iki komanda bu ildən Yüksək Liqada çıxış edir. Düzgün oynadıq, epizodları düzgün qiymətləndirdik. Buna görə də qələbə qazandıq. Komanda yoldaşlarım bu gün öz bacarıqlarını göstərdilər, hamısına yaxşı oyuna görə təşəkkür edirəm. 
- “Araz” və “Neftçi”yə məğlubiyyətləri nə ilə əlaqələndirirsən? Təcrübə baxımından onlardan geri qaldınız?
- Deməzdim, təcrübəsizik. Əksər futzalçılarımız başqa klubların heyətində Yüksək Liqada oynayırblar, təcrübəlidirlər. Burda bizdən asılı olmayan səbəblər təsirini göstərdi. Hakimlərin yanlış qərarlarını nəzərdə tuturam. Bəzən hadisəni düzgün qiymətləndirmirlər, bu da nəticəyə təsir edirdi. Məğlubiyyətlərdə bu amilin rolunun böyük olduğunu qeyd edə bilərəm.
- Bu gün poker etdiniz. Dörd qol vurcağınızı gözləyirdinizmi?
- Komandanın qələbə qazanması vacibdir. Vurduğum qollara gəldikdə, bu da Allahın qismətidir. Əsas odur ki, meydanda üzərinə düşəni edəsən. 
- Oyun zamanı çox əsəbi olursan. Bəzən yersiz mübahisələrdən də qaçmırsan. 
- Razıyam, oyun zamanı emosiyalarımı boğa bilmirəm. Həm də bəzən gözləmədiyin oyunçu meydanda sənə qarşı elə hərəkət edir ki, çalışırsan cavabını verəsən. Yəni sakit ola bilmirsən və bu da sonda cəzalanmağına gətirib çıxarır. 
- Həmin hərəkəti sən də digər futzalçıya eləyirsən axı..
- Buna görə bəzən onlar mənə heç nə demirlər. Oyun vaxtı sakit olmaq mümkün deyil. Oyunun axarına qoşulursan. 
- Bu oyunla milliyə yollanacağın dəqiqdir..
- Baş məşqçi Joze Alesio da Silva əsas milliyə dəvət edib. Bakıdakı toplanışda iştirak edəcəm. Yəqin ki, İrandakı beynəlxalq turnirə də yollanacam. Hər bir idmançı üçün fəxr olunası andı millinin üzvü olmaq. 
- Turnirdəki rəqiblərlə bağlı nə düşünürsən?
- Gücləri hamıya bəllidi. Reytinq cədvəlində hamısı bizdən öndədirlər. Rusiya dünya çempionatında ikinci yeri tutub. Daim Avropa və dünya çempionatlarının final mərhələsində iştirak edir. İran isə mundialı üçüncü yerdə qapayıb. Qazaxıstan da güclü rəqibdir. Bir sözlə, bizi çətin oyunlar gözləyir. Yığmamız da güclülər sırasındadır ki, turnirə dəvət ediblər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right