Mərkəzi oyunda xallar yarı bölündü

Bu gün Bakı İdman Sarayında futzal üzrə Yüksək Liqada VI turun oyunları keçirildi.

Newsport.az-ın məlumatına görəturun açılış oyunu məhsuldar alındı. Hesabı “Yasamal” futzalçıları açsa da, təcrübəli Ağatahir Əzimov dərhal tablodakı birləri eyniləşdirdi. Bundan sonra nominal qonaqlar rəqib torunu silkələdi. Bu dəfə “Yasamal” fərqin artmasına imkan verməyib və hesabı bərabərləşdirdi. Amma “FK.İD.Futsal” fasiləyə üstün yollanmağı bacardı. Rəcəb Fərəczadə təcrübəsi hesabına komandasına üstünlük qazandırdı.
İkinci hissədə də yenə ilk qolu “Yasamal” FK vurub. Mortozanın qolu oyuna yenidən intirqa gətirdi. Amma bu intriqadan elə “Yasamal” məğlub ayrıldı. Belə ki, “FK.İD.Futsal”ın ardıcıl 2 qol vurması rəqibi ruhdan saldı. Bundan sonra “Yasamal” sanki oyunnun tezliklə başa çatmasını gözləyirmiş kimi, matçı davam etdirdi. Debütant isə ardıcıl qollar vurmaqla hesabdakı fərqi artırdı. Hətta oyunun başa çatmasına 2 dəqiqə qalmış debütant 5 meydan oyunçusu ilə mübarizəni davam etdirdi və dərhal bəhrəsini gördü. Elvin Quliyev 9-cu topu rəqib qapısından keçirdi. Oyunda son qolu isə Ağatahir Əzimov vurdu. Beləliklə debütant Yüksək Liqada ilk böyükhesablı qələbəsini qazandı. 
Turun ikinci oyunu gərgin başladı. Radik Əhmədov hesab açıldıqdan sonra “Xəmsə”nin qapıçısı hakimə etirazını bildirdi. Sərt şəkildə etirazını bildirən qapıçıya sarı vərəqə göstərilsə də, buna məhəl qoymayan qolkiper referini təhqir edib və qırmızı vərəqə ilə cəzalandırıdı. Ancaq EKOL rəqibin 2 dəqiqə azlıqda oynamasından istifadı edə bilmədi. Sonrakı dəqiqələrdə Namiq Məmmədkərimov qol vurmaq bacarığını göstərdi. Daha çox əks hücumlara bel bağlayan “Xəmsə” hesabda 2 top fərqi ilə geri düşsə də, oyundan qopmadı və qollardan birinin əvəzini çıxdı. Bu dəfə kapitan “gəmini” batmağa – ruhdan düşməyə qoymadı. 
İkinci hissəyə də EKOL qolla başladı. Bu dəfə komandasının fəallarından olan Samir Həmzəyev rəqibi meydanın mərkəzinə dəvət etdi. Düzdü, “Xəmsə” yenə fərqi minimuma endirməyi bacardı, amma nominal meydan sahibləri dərhal dördüncü topu da qapılarında gördü. Fərqin artması “Xəmsə”ni yenidən qol vurmağa ruhlandırdı və Samir Əmirov qapıya tərəf istiqamətlənmiş topa dabanı ilə toxunmaqla qolkiperi əlacsız buraxdı. Təbii ki, hadisələrin bu axarda davam etməsi gərginliyi də artırdı. Tərəflər hər top uğrunda sona qədər mübarizə aparmaqla sürətin düşməsinə də imkan vermədi. Nəhayət sonrakı dəqiqələrdə sükutu EKOL pozub və fərq yenidən 2 topa çatdı. Artıq itiriləsi heç nəyi qalmayan “Xəmsə” son 3 dəqiqəni 5 meydan oyunçusu ilə keçirdi. Amma bu say üstünlüyü hesaba təsir etmədi. Hətta final fitinə 15 saniyə qalmış 10 metrlik cərimə zərbəsindən də istifadə edə bilməyən “Xəmsə” növbəti yenilgisi ilə barışdı. 
Turun son oyununda əzəli rəqiblər üz-üzə gəlib. “Araz”ın baş məşqçisi Alesio da Silva və əsas oyunçularından Edurado cəzalı olduğundan, qarşılaşmanı tribunadan izlədi. Oyun sürətli hücumlarla başladı. Hər iki komanda xoşbəxtliyi rəqib qapısı qarşısında axtardığından, son anda səhvlər qaçılmaz oldu. “Araz” hücum xəttində daha fəal olsa da, real qol epizodunu “Neftçi” qaçırdı. Birinci hissənin tən yarısında isə Xətai İsayev zədələnərək meydanı erkən tərk etdi və oyunu davam etdirə bilmədi. Ardınca isə “Neftçi” hesabı açdı. Tural Qurbanov Rövşənlə dueldən qalib ayrıldı. Rüfətin səhvindən sonra topa sahib çıxan Maykonun ötürməsini isə Karvalho qapıdan keçirə bilmədi. Geri dönən topu Qabriel “çərçivə”yə istiqamətləndirsə də, bu dəfə qapı dirəyi son çempionun hesabı bərabərləşdirməsinə mane oldu. Əks hücumlara üstünlük verən “Neftçi” birinci hissənin başa çatmasına 2 dəqiqə qalmış rəqibin azlıqda qalmasına nail oldu. İsa Atayev “Neftçi”nin oyunçusunu kobudluqla dayandırdığına görə, qırmızı vərəqə ilə cəzalandırıldı. Maraqlıdır ki, “Araz” azlıqda qaldıqdan sonra qol vurmağa daha yaxın oldu. Thaqonun baş zərbəsi “çərçivə”dən azca aralı keçdi.
Fasilədən sonra təzyiqi artıran son çempion hətta 5 meydan oyunçusu ilə mübarizə apardı. Alesionun sevimli oyun üslubu 24-cü dəqiqədə bəhərəsini verməyə yaxın oldu. Amma Karvalhonun topu qapıdan keçirməsinə müdafiəçilər son anda imkan vermədilər. İnadından dönməyən “Araz” bir dəqiqə sonra hesabdakı status-kvonu bərpa etdi. Bu dəfə Barqos komandasının xilaskarı oldu. 31-ci dəqiqədə Barqosun dubl etməsinin qarşısını Elnur əla reaksiya göstərməklə alsa da, bir qədər sonra Maykonun qapı torunu silkələməsinə mane ola bilmədi. Alesio kənardan göstərişlərini verərək Thaqonun 5-ci meydan oyunçusu kimi davam etməsini istədi. 33-cü dəqiqədə Ramiz Çovdarov penalti zərbəsini qola çevirə bilmədi. Son dəqiqədə isə “Neftçi” bərabərlik qolunu vurdu. Beləliklə mərkəzi oyun heç-heçə başa çatdı.

14:30 “Yasamal” FK – “FK.İD.Futsal” (2:3) 3:10
Hakimlər:
Ramil Namazov, Hikmət Qafarlı, Yusif Nurullayev
Hakim-inspektor: Ağarza Rzayev
Qollar: M.Cahandost, 3:42, 22:22, M. Şahsuvari, 15:47 // A.Əzimov, 3:50, 39:43, A.Ağayev, 8:26, 24:40, 26:27, R.Fərəczadə, 17:16, 31:23, E.Quliyev, 31, 31:50, 38:28
Sarı vərəqə: R.Toloui, 27:20
“Yasamal”
1. Sultan Sadıqov (q), 7. Orxan Allahverdiyev (k), 4. Mortoza Cahandost, 9. Omid Oraz, 10. Reza Toloui, 13. Teymur Mirzəyev (q), 12. Mohsin Hayatbini, 5. Vüsal Səfərov, 47. Rəsul Akbari, 6. Humen Maxmari, 14. Muhamməd Şahsavari 
Baş məşqçi: Hamed Rza Fərzani

“FK. İD. Futsal” 
2. Sadiq Ramazanov (q), 4. Elvin Quliyev, 8. Nihad İsmayılov, 10. Faiq Əliyev, 13. Ağatahir Əzimov (k), 1. Ümid Paşayev (q), 3. Eşqin Tağıyev, 5. Emil Abbaszadə, 6. Anar Ağayev, 7. Rəcəb Fərəczadə, 9. Elşən İbramxəlilov, 11. Adil İsmayılov 
Baş məşqçi: Rəfael Adbulov

16:00 “Xəmsə” – EKOL (1:2) 3:5
Hakimlər
: Azər Əsgərov, Əli Cəbrayılov, Azad Hüseynov 
Hakim-inspektor: Müşviq Həsənov
Qollar: Ə.Həsənov, 15:43, 24:16, S.Əmirov, 27:49 // R.Əhmədov, 4:46, 25, N.Məmmədkərimov, 13:59, 36:15, S.Həmzəyev, 21:25
Sarı vərəqələr: Z.Səmədzadə, 4:46 // F.Atakişiyev, 9:27
Qırmızı vərəqə: Z.Səmədzadə, 4:46

“Xəmsə” 
1. Zaliş Səmədzadə (q), 7. Elçin Zeynalov, 8. Qüdrət İsmayılov, 9. Samir Əmirov, 
10. Əli Həsənov (k), 6. Şamo Talıbov, 11. Rüfət Cəlilov, 12. Ceyhun Yusifov, 14. Yamin Ağakərimzadə, 16. Anar İsayev, 13. Novruz İbrahimov
Baş məşqçi: Arif Vəliyev

EKOL 
99. Emin Kürdov (q), 2. Radik Əhmədov, 10. Samir Həmzəyev, 11. Namiq Məmmədkərimov (k), 4. Fərid Atakişiyev, 1. İntiqam Babayev (q), 9. Əsgər Abasov, 14. Zaur Fərziyev, 17. Fərid Ələkbərov, 7. Sərxan Məstiyev, 13. Taleh Ağayev, 33. Ələsgər Ələsgərli 
Baş məşqçi: Radik Əhmədov

17:30 “Araz” – “Neftçi” İK (0:1) 2:2
Hakimlər:
Elçin Məmmədov, Yusif Nurullayev, Kənan Məlikov 
Hakim-inspektor: Nazim Qaracayev
Qollar: Q. Bastos, 25:40, M.da Silava, 31:30 // T.Qurbanov, 11:10, M. Katebi, 39:38
Sarı vərəqələr: T.Thaqo, 19:12 // D.Xolerdi, 9, T.Qurbanov, 19:12
Qırmızı vərəqə: İ.Atayev, 17:52
“Araz” 
1. Rövşən Hüseynli (q), 8. Rizvan Fərzəliyev (k), 10. Teles Thaqo, 11. Xətai Bağırov, 13. İsa Atayev, 19. Anar Məmmədov (q), 9. Karvalho dos Santos, 15. Maykon da Silva, 2. Ramil Quliyev, 4. Qabriel Bastos, 7. Ramiz Çovdarov, 14. Oktay Rüstəmli 
Məşqçi: Ağakərim Həsənov

“Neftçi” İK
23. Elnur Zamanov, 10. Rüfət Balakişiyev (k), 11. Tural Qurbanov, 5. Mehram Eybeli, 6. Məhəmməd Katebi, 1.Samir Mehdiyev (q), 8. Vahib Xocayev, 94. Oruc Baxşəli, 13. Əjdər Əjdərov, 12. Sadiq Cavid, 77. Davud Xolerdi, 7. Tural İsmayılov 
Baş məşqçi: İlqar Aslanov





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right