Kateqoriya: Futzal | Tarix: 18.10.2017 18:10
Futzal üzrə FİFA referisi Hikmət Qafarlı təyinat alıb.
Newsport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Qafarlı oktyabrın 31-dən noyabrın 5-dək Gənclər arasında Olimpiya Oyunlarının təsnifat mərhələsinin A qrupunda keçiriləcək oyunları idarə edəcək.
Bu qrupda Serbiya, Ukrayna və Macarıstanın 17 yaşadək futzalçılardan ibarət milli komandaları mübarizə aparacaq. A qrupunun oyunları Serbiyada keçiriləcək.