Ronaldinyo Braziliya yığmasına qayıdır

Məşhur futbolçu Ronaldinyo futzal üzrə Braziliya yığmasının heyətinə daxil edilə bilər.

Newsport.az-ın məlumatına görə, bu barədə APA “GloboEsporte” istinadən məlumat verib.

Məlumata əsasən, sabiq “Milan” və “Barselona” klubunun hücumçusu artıq Braziliya millisinin lideri Falkao ilə komandaya qoşulmasını müzakirə edib. Bundan əvvəl Ronaldinyo Hindistanda futzal yarışlarında gücünü sınayıb. O, 2016-cı ildə Hindistanın futzal üzrə Premyer liqasının “Qoa” komandasında çıxış edib.

Qeyd edək ki, ilin əvvəlində 37 yaşlı Ronaldinyo “Barselona” futbol klubunun səfiri təyin olunub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right