Kateqoriya: Futzal | Tarix: 29.06.2017 12:20
Futzal üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisi müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, yığmanın "sükanı arxası"na Joze Alesio Da Silva keçib. Braziliyalı mütəxəssis 3 illik fasilədən sonra millimizə dönüb.
Azərbaycan yığmasının və “Araz”ın sabiq baş məşqçisi 2009-2014-cü illərdə də yığmamıza rəhbərlik edib. Millimiz AVRO-2010-da onun rəhbərliyin altında yarımfinala yüksəlib.