Aslan Kərimov turnirin ən yaxşı oyunçusu seçildi, Bəxtiyar Soltanov qızıl medal qazandı

Futtennis üzrə 1-ci Azərbaycan Kubokuna yekun vurulub. 

Newsport.az-ın məlumatına görə, "Dinamo" İdman Cəmiyyətində keçirilən yarışda 10 komanda iki qrupda mübarizə aparıb. Müvafiq olaraq, A və B qruplarında sonuncu sıranı tutan kollektivlər turnirdə mübarizəni dayandırıb. Hər iki qrupda ilk 4 pilləyə yüksələn komandalar 1/4 finala vəsiqə qazanıb.

Xeyli sayda azarkeşin izlədiyi və bir çox sabiq tanınmış futbolçunun qatıldığı ölkə kubokunun finalında "Marafon" və "Neftçi" üz-üzə gəlib. Matçın birinci hissəsində "Neftçi" komandası rəqibindən üstün olub, ikinci hissədə isə "Marafon" klubu tarazlığı bərpa edib. Qalibin müəyyənləşdiyi üçüncü hissədə, heyətində Anar Həsənov, Elxan Cəbrayılov və Bəxtiyar Soltanovun yer aldığı "Neftçi" komandası daha yaxşı oyun sərgiləyərək rəqibinə qalib gələrək, Azərbaycan Kubokunun başı üzərinə qaldırıb.

Futbol üzrə yığma komandamızın sabiq üzvü Aslan Kərimov yarışın ən yaxşı oyunçusu seçilib. Qaliblərə Azərbaycan Futnet Assosisiyası tərəfindən medallar, dəyərli hədiyyələr, xüsusi diplomlar verilib.

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right