Sito Rivera: "Azərbaycan yığmasının 4-cü qolundan sonra hər şey bitdi"

Macarıstan futzal yığmasının baş məşqçisi Sito Rivera Avropa çempionatının əsas seçmə mərhələsində Azərbaycan millisinə 1:6 hesabı ilə qalib gəldikləri matçdan sonra mətbuat konfransı keçirib.
 
Newsport.az-ın məlumatına görə, mütəxəssis öncə oyun haqda danışıb. 
“Həm qələbə, həm də final mərhələsinə vəsiqə qazanması münasibətilə Azərbaycan milli komandasını təbrik edirəm. Oyuna gəldikdə, ikinci hissənin ortalarına qədər 5-in 4-ə çıxış edirdik. Hiss edirdim ki, oyunçularım əsəbi və gərgindirlər. Rəqibin vurduğu dördüncü qoldan sonra mübarizə bizim üçün bitdi. Azərbaycan millisinin üzvləri yüksək səviyyədə çıxış etdilər və onlar istənilən rəqibə qarşı mübarizə aparacaq gücdədirlər. Biz isə pley-off mərhələsindəki rəqibimizi gözləyəcəyik”.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right