Kateqoriya: Futzal | Tarix: 11.04.2017 21:55
Bu gün futzal üzrə Azərbaycan milli komandası 2018-ci il Avropa çempionatının əsas seçmə mərhələsində son oyununu keçirəcək.
Newsport.az-ın məlumatına görə, Biro Jadenin rəhbərlik etdiyi kollektiv III tur çərçivəsində Macarıstan yığması ilə qarşılaşacaq.
B qrupundakı ilk matçında Bosniya və Herseqovinanı 5:4, II turda isə Albaniyanı 5:0 hesablı darmadağın edən Azərbaycan yığmasını macarlarla görüşdə heç-heçə də qane edir.
Milli komanda uduzmayacağı təqdirdə, ardıcıl 5-ci dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanacaq.
Qeyd edək ki, Azərbaycan millisinin hesabında 6, Macarıstanda yığmasında isə 4 xal var.
17:30. Albaniya - Bosniya və Herseqovina - 6:6
Hakimlər: Kostas Nikolaou (Kipr), Lars van Leuven (Hollandiya)
Bakı İdman Sarayı
20:00. Macarıstan - Azərbaycan - 1:6
Qollar: Rövşən Hüseynli, 01:16-avtoqol (1:0), Bolinya, 11:16 (1:1), Eduardo, 16:52 (1:2), Fineo, 21:03 (1:3), 33:13 (1:4), Xətai Bağırov, 24:12 (1:5), İsa Atayev, 35:08 (1:6)
Hakimlər: Timo Onatsu (Finlandiya), Borislav Kolev (Bolqarıstan)
|
Yer
|
Komanda
|
O
|
Q
|
H
|
M
|
T/F
|
X
|
|
1
|
Azərbaycan
|
3
|
3
|
0
|
0
|
16:5
|
9
|
|
2
|
Macarıstan
|
3
|
1
|
1
|
1
|
7:11
|
4
|
|
4
|
Bosniya və Hrs.
|
3
|
1
|
1
|
1
|
12:13
|
2
|
|
3
|
Albaniya
|
3
|
0
|
1
|
2
|
9:15
|
1
|
Bakı İdman Sarayı