Kateqoriya: Futzal | Tarix: 11.10.2016 21:07
Futzal üzrə UEFA kubokunun əsas mərhələsində Azərbaycan çempionu "Araz" bu gün ilk oyununu keçirib.
Newsport.az-ın məlumatına görə, təmsilçimiz Gürcüstanın Tiflis Dövlət Universiteti komandası ilə qarşılaşacaq.
Makedoniyanın Skopye şəhərindəki Boris Trajkovski adına İdman Mərkəzində keçirilən görüşdə "Araz" 7:1 hesabı ilə qalib gəlib.
"Araz" – Tiflis Dövlət Universiteti (Gürcüstan) - 7:1
Qollar: Everton Kardozo, 4 (1:0), 12 (2:0), Sozaşvili, 24 (2:1), Vasura, 30 (3:1), 36 (4:1), Bolinya, 38 (5:1), 39 (6:1), Xətai Bağırov, 39 (7:1)