Millimizin Yunanıstanla oyun üçün heyəti SİYAHI

Martın 11-də Afinada Yunanıstan yığması ilə qarşılaşacaq futzal üzrə Azərbaycan millisi hazırlığın Bakı mərhələsini bu gün keçirilən məşqlə yekunlaşdırıb.

Newsport.az xəbər verir ki, komandamız səhərə yaxın Bakı-İstanbul-Afina reysi ilə matçın keçiriləcəyi ölkəyə yola düşəcək. Baş məşqçi Vitali Borisov səfərə 14 futzalçı ilə yollanacaq.

Emin Kürdov, Novruz Kazıxanov, Xəzər Ağalızadə, Ülvi Əliyev (hamısı "Araz-Naxçıvan"), Emil Həsənzadə, Fərid Atakişiyev, Eldar Zeynalov ("Neftçi"), Tofiq Mikayılov, Kənan Manafov, Oktay Rüstəmli, Nihad İsmayılov, Nurlan Mehdizadə, Kamran Hacıyev, Murad Quluzadə (hamısı "Baku Fire").





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right