Yüksək Liqada mövsümə yekun vuruldu

Bu gün futzal üzrə Yüksək Liqada XX turun oyunları keçirilib.

Newsport.az xəbər verir ki, “Record club” yarışdan kənarlaşdırıldığına görə, “Baku Fire” 3 xalı meydana çıxmadan qazanıb. “Neftçi” bu dəfə meydana legionerlərsiz çıxıb və mövsümə qələbə ilə yekun vurub.

Yüksək Liqada mövsümün son matçında isə “Araz-Naxçıvan” və U-19 üz-üzə gəlib. Son çempionun qələbə qazanacağı gözlənilən idi. CBC Sportla canlı yayımlanan matçda sensasiya baş verməyib. Bununla da Yüksək Liqada 2023-24-cü il mövsümüə yekun vurulub. Son oyundan sonra komandalara mükafatlar təqdim olunub. Əvvəlcə matçın hakim-inspektoru Murad Məmmədov və referilər - Elgün Hüseynov, Mahir Məmmədov və Rza Məmmədov Səhnəyə dəvət olundu. Vitali Borisova ən yaxşı baş məşqçi, 57 qol vuran “Neftçi”nin üzvü Reza Abgouna isə ən məhsular oyunçu nominasiyası üzrə mükafat təqdim edilib.

“Neftçi”yə bürünc, “Baku Fire”ə gümüş, “Araz-Naxçıvan”a isə qızıl medallar və çempionluq kuboku təqdim olunub. Mükafatları Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti Elşən Abasov və AFFA-nın baş katibinin müavini Kamran Vəliyev təqdim ediblər.

“Neftçi” İK – “Yasamal Bakı” (6:2) 15:6
Qollar: Vahib Xocayev, 0:21, 35:32, Ülvi Əliyev, 4:42, 12:16, 24:05, 38:14, Fərid Atakişiyev, 6:11, Şahbaz Həndəmli, 18:48, 19:50, 27:54, 32:12, 33:51, Nüsrət Fərzəli, 27:35, 31:15, Mirzə Əmirov, 36:50 // Əsgər Abasov, 8:05, 31:54, Tofiq Məlikov, 8:21, 30:02, Mirəhməd Məmmədov, 20:46, Murad Ələkbərli, 26:58

“Araz-Naxçıvan” – U-19 (3:0) 8:0
Qollar: Həsənəli Rəhimov, 7:38, Xəzər Ağalızadə, 14:00, Miloş Todoriç, 18:34, 25:30, Novruz Kazıxanov, 23:05, 28:27, 29:25, Emil Həsənzadə, 31:43





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right