Ölkəmizi Avropa Liqasında təmsil edən "Qəbələ" qrup mərhələsinin ikinci matçında "Krasnodar"la qarşılaşacaq.
Newsport.az saytının məlumatına görə, "qırmızı-qaralar" səfərə sentyabrın 30-da yollanacaq. Roman Qriqorçukun yetirmələri çarter reysindən istifadə edəcək. Təmsilçimiz səfər ərəfəsində "Hilton" otelində məskunlaşacaq. "Krasnodar" - "Qəbələ" matçı oktyabrın 1-də baş tutacaq.