"Qarabağ"ı təhlil etmişik, Yankoviçin adını xüsusi vurğulaya bilərəm"

"Bakıya səfərimiz çox yaxşı alındı. Hansısa yorğunluq hiss etdiyimizi deyə bilmərəm".

Newsport.az xəbər verir ki, bu sözləri "Molde"nin futbolçusu Emil Breyvik "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin ilk matçı öncəsi təşkil olunmuş mətbuat konfransında bildirib.

23 yaşlı futbolçu "Qarabağ"ın heyətində diqqətlərini çəkən oyunçunun adını da söyləyib: "2020-ci ildə Kiprdə "Qarabağ"a qarşı keçirilmiş oyundan xatırladığım futbolçu Kevin Medinadır. Yaxşı futbolçudur. Bir də, "Qarabağ"ın matçını təhlil etmişik. Marko Yankoviçi xüsusi vurğulaya bilərəm. Yaxşı keyfiyyətlərə malik futbolçdur".

Qeyd edək ki, sentyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Molde" görüşünə 20:45-də start veriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right