“Bu amil bizə kömək edəcək” – “Tottenhem”in futbolçusu

"Bazar günü "Sanderlend” üzərində qələbə qazandıq. Düşünürəm ki, bu bizim uğurumuzun başlanğıcıdır. Belə davam etməliyik”.
 
Newsport.az xəbər verir ki, bu sözlər İngiltərənin "Tottenhem” klubunun futbolçusu Erik Lamelaya aiddir. Avropa Liqasının qrup mərhələsində təmsilçimiz "Qarabağ”la oyundan əvvəl klubun rəsmni saytına danışan 23 yaşlı oyunçu matç haqqında fikirlərini də bildirib: "Qrup mərhələsinə qələbə ilə başlamaq olduqca vacibdir. Bu fərqli turnirdir. Uğurlu çıxış etmək istəyiriksə, hər oyunda qələbə qazanmaq lazımdır. Bazar günü "Sanderlend”i məğlub etmişik. 4 gün ərzində iki qələbə qazanmalıyıq. Bunun üçün də "Qarabağ”ı məğlub etməliyik. Qələbə qazanmaq istəyiriksə yaxşı oynamlıyıq. Ümid edirəm ki, "Qarabağ”la oyun da yaxşı alınacaq. Oyunun bizim meydançada keçirilməsi xeyrimizədi. Komandamız yaxşıdır, gənclərdən təşkil olunub və oyundan-oyuna daha da "artırır”.
 
Qeyd edək ki, "Tottenhem” – "Qarabağ” oyunu bu gün saat 00:05-də başlayacaq. 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right