Avropa Liqası: “Qarabağ”ın Bakıdakı oyunu ikinci oldu

UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı məlum olub.

Newsport.az xəbər verir ki, “Qarabağ”ın Bakıda Sloveniya “Olimpiya”sı ilə heç-heçə (1:1) etdiyi matç bu göstəricidə ikincidir.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan oyunda 27 354 tərəfdar olub.

Ən çox tamaşaçı isə “Ayaks” (Niderland) – “Ludoqorets” (Bolqarıstan) görüşündə qeydə alınıb. Amsterdamda keçirilən matçda 50 900 nəfər tribunada əyləşib.

Səfərdə “Olimpiya”nı iki cavabsız qolla üstələyən “Qarabağ” UEFA Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanıb. Komanda H qrupunda Almaniyanın “Bayer”, Norveçin “Molde” və İsveçin “Hakken” klubları ilə mübarizə aparacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right